Erməni tərəfi hakimiyyətin hərbi əməliyyatlara hazır olmaması və bir sıra səhvlər səbəbindən Dağlıq Qarabağda məğlub oldu.
RBC baş verənlərin səbəblərini sadalayıb.
“Kəşfiyyat vasitələri müharibənin vacib bir elementidir və Azərbaycanın əsas üstünlüyü burada idi”, - rusiyalı hərbi müşahidəçi Vasili Kaşin deyib.
Onun sözlərinə görə, zərər vermənin əsas vasitəsi kəşfiyyatın kömək etdiyi topçular olub.
Kaşin əlavə edib ki, ermənilər Azərbaycanın hərbi obyektlərinin yerləşməsi barədə zəif təsəvvürə malik olublar və hava hücumundan müdafiə sahəsində təsirsiz hərəkət ediblər.
Hərbi ekspert Karen Vrtanesyan hesab edir ki, İrəvanın əsas səhvi qısa müharibə ilə bağlı ilkin meyil olub. O qeyd edib ki, Ermənistanın dövlət aparatı hərbi vəziyyətə hazır olmayıb.
Beləliklə, 2018-ci ilin “məxməri inqilab”ından sonra Ermənistanda dörd Milli Təhlükəsizlik Xidmətinin rəisi, üç baş qərargah rəisi və Qarabağ müdafiə ordusunun üç komandiri dəyişdirilib.