Casusluq, yoxsa ibadət? - Erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

SİYASƏT
10:10 / 05.12.2020
2906

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır:

- Kəlbəcər noyabrın 25-də Azərbaycana təhvil verilib, erməni keşişlər orada nə gəzir?

Erməni keşişlər ibadət etmək üçün Rusiya sülhməramlıları vasitəsilə icazə istəyib və icazə verilib. Azərbaycanın bütün dini inanclara hörmət edən ölkə kimi bunu etməsi həm təbiidir, həm də “Qarabağda xristian abidələri dağıdılır” kimi iddialar üzərindən edilən hücumlara qarşı siyasi gedişdir;

- Erməni keşişlərlə niyə mübahisə yarandı?

Erməni keşişlər alban-udi icmasının ibadətinə çəkiliş olmadan icazə verəcəklərini deyiblər. Əslində onların belə həyasızlığı ciddi şübhələrə yol açır:

1. Ermənilərin belə həyasızlıqla Qərbdən başlanan, xüsusilə Fransanın rəhbərlik etdiyi “Qarabağda xristian irsi” kampaniyasına əsas vermək üçün “azərbaycanlılar monastra hücum edir” görüntüsü yaratmaq istəyi istisna deyil;

2. Xudavəngə erməni keşişlərin gəlişi siyasi-hərbi məqsədə xidmət edir;

Birinci məqam məsələnin görünən tərəfidir, ikinci gerçək niyyət haqda ehtimalı önə çıxarır.

Və bu, erməni keşişlərin Kəlbəcərdən çıxandan sonra dini ayin adı altında yenidən ora qayıtmasının səbəblərinə diqqət çəkir:

Casusluq: hələ orta əsrlərdə müxtəlif imperiyaların tərkibində pərakəndə formada yaşayan ermənilərin din adamlarının əsas missiyası casusluq olub və bu missiya günümüzə qədər davam edir. İndi onların Kəlbəcərə dini ayin adı altında qayıdışının bölgədəki vəziyyətlə bağlı informasiya toplamaq məqsədi daşıdığı şübhəsizdir.

Xudavəngdə nə gizlədilir?: SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi 1980-ci illərin sonlarında erməni kilsələrinin birinin zirzəmisindən 6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və digər silah-sursat tapmışdı. Qarabağda erməni separatizminin başlanması ərəfəsində erməni kilsələri silah anbarı kimi istifadə olunurdu. Və yaxın tarixin bu faktları Xudavəngdə silah-sursatın gizlədilməsi ehtimalını önə çıxarır.

Qriqoryanlığın dindən çox, erməni ideologiyasına xidmət etdiyi, erməni terrorunun da məhz erməni kilsəsindən bəhrələndiyi məlumdur. O da məlumdur ki, I və II Qarabağ müharibələrində erməni keşişlər əllərinə silah alaraq, azərbaycanlılara qarşı döyüşüb. “Böyükdən kiçiyə qədər türkləri öldürün” şüarı erməni kilsəsinə məxsusdur.

Bütün dinlərə hörmət etdiyimiz kimi, ermənilərin də inancına hörmət etmək olar, ehtiyatı əldən verməmək şərti ilə... /Publika.az

1