Qanlı cinayət şəbəkəsinin başında bu iki quldur dayanmışdı - Vilayət Quliyev

SİYASƏT
15:07 / 07.12.2020
3469

“Koçaryanın Paşinyana ünvanlanan «Onun sifəti biabırçı məğlubiyyətə uğramış Ermənistanın simasıdır” sözləri, əslində və ilk növbədə yerli Ermənistan ermənilərinə qarşı yönəlib. Çünki Paşinyan ölkənin ilk aborigen başçısıdır”.

HİT.Az xəbər verir ki, bu barədə eks Xarici İşlər naziri Vilayət Quliyev sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Petrosyan Hələb, Koçaryan və Sarqsyan isə Qarabağ erməniləridir:

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan (1991-1998) əslən Hələb (Suriya) ermənisidir. Torpaqlarımız onun hakmiyyəti dövründə işğal olunmuşdu. İkinci prezident Robert Koçaryan (1998-2008) və üçüncü president - Koçaryanın əlaltısı Serj Sarqsyan (2008-2018) Azərbaycanın Qarabağ bölgəsində doğulmuş ermənilər idi. Qanlı cinayət şəbəkəsinin başında bu iki quldur dayanmışdı”.

V.Quliyev yazıb ki, yalnız müstəqilliyin 27-ci ilində düşmən ölkədə Ermənistan doğumlu bir erməni hakimiyyətə gələ bilib:

“Və Koçaryanın (eləcə də ona dəm tutan Sarqsyanın) iddiasına görə həmin yerli erməni acizliyi, fərasətsizliyi ucbatından iki il yarım ərzində bu üç nəfər gəlmə erməninin "qurub-yaratdıqları Ermənistanı" biabırçı məğlubiyyətə uğradıb, məhvin astanasına gətirib. Guya bu idbar Koçaryan hakimiyyətdə olsaydı, Azərbaycan heç zaman savaşa başlamağa cəsarət etməyəcəkdi. O, özünün “müstəsnalığını” xüsusi vurğulamaqla yerli ermənilərin heç nəyə qadir olmadıqlarını, yenə də kənardan “xilaskara” möhtac qaldıqlarını diqqətə çatdırır.

Yəqin ki, Paşikin başına bir iş gəlməsə bir neçə günə bu idbarı təzədən layiq olduğu yerə - barmaqlıq arxasına qaytaracaq”.

1