DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdü - FOTO

12:20 / 09.12.2020
1738

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.

HİT.Az xəbər verir ki, general-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.

Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.

0