Amerikalı jurnalist və televiziya aparıcısı, “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Kelvin Batçelor Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovdan aldığı müsahibə barədə paylaşım edib.
O, bununla bağlı “Twitter” hesabında yazıb.
“Bakıya aparan yol: Ermənistan separatçı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi”, - deyə o qeyd edib.
Hüseyn Mahmudov verilişdə bildirib ki, 1992 və 1993-cü illərdə Azərbaycanın bəzi əraziləri ermənilər tərəfindən işğal olunub:
“1992-ci ilə qədər açıq müharibə başladı. Ermənilər 600 mülki şəxsimizi öldürdü. Döyüşlər zamanı Azərbaycan 20 faiz torpağını itirdi və bir milyon qaçqınımız oldu”.
“1993-cü ildə BMT Təhlükəsizlik Şurası qeyd-şərtsiz Ermənistanın torpaqlarımızdan geri çəkilməsinə dair qətnamə qəbul etdi, bu 20 ildən artıq müddətdə həyata keçirilmədi. ATƏT-in Minsk Qrupu tərəfimizdən qəbuledilməz olan status-kvonun qorunub saxlanmasına çalışırdı.
Otuz il ərzində Ermənistan Azərbaycan mülki vətəndaşlarını öldürmək üçün təmas xəttinə raketlər yığmaqla lobbiçilik etdi”, - deyə o qeyd edib.