“Ərdoğanın sülh çağırışları o demək deyil ki...” - Tofiq Zülfüqarov

SİYASƏT
18:46 / 11.12.2020
1325

"Azərbaycan tərəfdən səslənən təzminat məsələsi var. Hesab edirəm ki, biz bu təzminat məsələsini yaddan çıxartmamalıyıq”.

Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər paradında çıxışında Ermənistana ünvanladığı barış mesajını şərh edərkən deyib. Politoloqun fikrincə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər cəzasız qala bilməz:

"Bu sülhə çağırışlar o demək deyil ki, Azərbaycana dəyən ziyan, onların törətdikləri cinayətlər cəsasız qalmalıdır. Xeyir, bu, cəzasız qala bilməz. Biz bunun cəzasını tələb etməliyik.  Sadəcə olaraq bu çağırış indiki mərhələdə hakimiyyətə gəlmək istəyənlərə aiddir. Əgər onlar hakimiyyətə gəlmək fikrindədirlərsə, bu şağırışı nəzərə almalıdırlar”.

Tofiq Zülfüqarov Türkiyə prezidentinin Ermənistan hakimiyyətinə ünvanladığı mesajın iki məqamdan ibarət olduğunu vurğulayıb:

"Birincisi, Ermənistanın bundan qabaq həyata keçirdiyi siyasətin tənqidi və hətta cinayət xarakterli olması. İkincisi, çağırış idi. Öz siyasətləri, gələcəkləri barədə fikirləşsinlər, əgər bariş yolu seçsələr, digər qonşu ölkələrə olan düşməncilik siyasətini aradan götürsələr, bunun Ermənistan üçün daha faydalı olacağına işarə edir. Onu deyim ki, Türkiyənin bu barış şağırışı təzə bir təklif deyil. Əgər Ermənistan işğalçı siyasətindən əl çəksə, həm Azərbaycan, həm də Türkiyə normal beynəlxalq əlaqələrdə qəbul olunmuş və beynəlxalq qanunlara uyğun münasibətləri həyata keçirməyə hazırdır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər paradında Ermənistana mesajlar verib. Prezident çıxışında "Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülh göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir”, - deyə prezident qeyd edib.

0