Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında Araz çayı ilə bağlı səsləndirdiyi şeir İranda hələ də müzakirə mövzusu olaraq qalır.
"BakuPost"un məlumatına görə, İran ali rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, eyni zamanda Təbrizin imam cüməsi Seyid Məhəmmədəli al Haşemi Ərdoğanın Bakıda dediyi şeir barədə danışıb : "Mən qonşu ölkə prezidentinin şeir oxumaqla nə demək istədiyini bilmirəm. İki ölkə arasındakı münasibətlər, xüsusən də Ali Rəhbər İmam Xameneinin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı açıqlamasından sonra yaxşı gedir. Bu günlərdə İslam ölkələri əl-ələ verib zəfərin himnini oxumalıyıq. Çünki çox vacib ərazilər - işğal altındakı Dağlıq Qarabağ bölgəsi azad edildi və bütün qonşu ölkələr digər ölkələrin ərazi bütövlüyünə hörmət etməlidirlər. İran həmişə qonşularının ərazi bütövlüyünə hörmət edib".
Qeyd edək ki, dünən İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də öz "Twitter" hesabında bu barədə paylaşım edərək yazıb:
"Türkiyə Prezidenti Ərdoğana Bakıda dediyi şeirin sözləri ilə Arazın şimalındakı bölgələrin vətənləri İrandan zorla ayrılmasına eyham vurduğu barədə məlumat verilməyib. Bunu deməklə Azərbaycan Respublikasının suverenliyinə zərər vurduğunun fərqində deyildimi? Heç kim sevdiyimiz Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - red.) haqqında danışa bilməz”.