Sülhməramlıların təqdim etdiyi yeni xəritə heç nəyi dəyişməyəcək - Asim Mollazadə

SİYASƏT
12:21 / 14.12.2020
1049

“Biz Ermənistanın təxribatını görürük, onlar çox istəyirlər ki, sazişin hansısa şərtləri pozulsun. Ümumiyyətlə, imzaladıqları sazişi, Rusiyanı gözdən salmaq istəyirlər”.

Bu fikirləri Yenisabah.az-a Azərbaycan Demokratik İslahatlar partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Rusiya sülhməramlılarının nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələr təqdim etməsi ilə bağlı gedişatı şərh edərkən deyib:

“Mən düşünürəm ki, bu tip məsələlər danışıqlar vasitəsilə araşdırıla bilər. Ümid edirəm, bu məsələ araşdırılacaq və bu xəritələrin nəyisə dəyişdirəcəyinə inanmıram. Əslində bir tərəfdən də biz Ermənistanın təxribatını görürük, onlar çox istəyirlər ki, sazişin hansısa şərtləri pozulsun. Ümumiyyətlə, imzaladıqları sazişi, Rusiyanı gözdən salmaq istəyirlər”.

Partiya sədri Ermənistanın yenidən təxribata əl atacağını düşündüyünü bildirib:

“Ona görə bütün məsələlərdə diqqətli olmaq lazımdır və prosesi davam etdirmək lazımdır. Düşünürəm ki, Ermənistan hal-hazırda hər bir imkandan istifadə edərək yenə provakasiyalara əl atacaq. Ona görə də hər zaman olduğu kimi yenə də diqqətli olmaq lazımdır və Ermənistana təxribat törətməyə imkan vermək olmaz”.

1