Füzuli və Cəbrayılda 64 erməni hərbçinin cəsədi tapıldı

SİYASƏT
15:29 / 16.12.2020
921

Füzuli-Cəbrayıl ərazisindəki əməliyyat-axtarış tədbirləri nəticəsində 64 hərbçinin cəsədi tapılıb.

“Armenpress” xəbər verir ki, bu günə qədər ümumilikdə Qarabağ zonasında 892 erməni hərbçinin cəsədi tapılıb.

Hazırda Füzuli-Cəbrayıl rayonları istiqamətində axtarışların davam etdirildiyi bildirilib. Bununla yanaşı ölən hərbçilərin yaxınlarının da axtarışa cəlb olunduğu qeyd olunub.

0
“Qafqazinfo”