Putin yenə Qarabağdan danışdı: İndi əsas məqsədimiz...

SİYASƏT
14:46 / 18.12.2020
1172

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı son duruma toxunub.

Rusiya KİV-nin xəbərinə əsasən, MDB dövlət başçılarının iclasında çıxış edən Putin münaqişənin həllində sülhməramlıların rolundan danışıb.

“Dağlıq Qarabağdakı münaqişəyə görə hamımız narahat idik. Hərbi əməliyyatlar insan itkisinə və regionda vəziyyətin gərginləşməsinə yol açdı. Rusiya sülhməramlıları yeni gərginliyin yaranmaması üçün əlindən gələni edir. İndi əsas məqsədimiz Qarabağda dinc həyatı qaydasına salmaqdır”- Putin deyib.  

0
Modern.az