“Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər beynəlxalq hüquq baxımından ona məxsus torpaqlarını işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı”.
HİT.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının onlayn sammitində çıxışı zamanı bildirib.
“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80%-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, - deyə Prezident qeyd edib.
Daha sonra dövlət başçısı ermənilərin 90-cı illərin əvvəllərində Azərbaycana qarşı təcavüzündən, torpaqları işğal etməsindən, Azərbaycan əhalisinə qarşı etnik təmizləmələrdən və məcburi köçkünlərdən bəhs edib.