Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdü

18:00 / 30.12.2020
874

30 dekabr 2020-ci il tarixində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.

HİT.Az xəbər verir ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Tərəflər, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə etdilər. BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd olundu, Azərbaycanın BQXK-nın fəaliyyətini dəstəklədiyi vurğulandı.

Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edildi.

0