Ermənistan su elektrik stansiyasını və 30 hektar bağ sahəsini AZƏRBAYCANA QAYTARIR

SİYASƏT
09:59 / 31.12.2020
1927

Ermənistan Sünik vilayətinin Qarayanc kəndindəki onlarla hektar ərazini və ərazisindəki su elektrik stansiyasını Azərbaycana qaytaracaq.

Bu barədə "Sputnik Ermənistan" Gorus şəhər merinin müavini Menya Ovsepyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 30 hektar bağdan gedir.

Bununla yanaşı, Ovsepyan gileylənib ki, Ermənistan hökuməti onlarla əlaqəyə girməyib və yaranmış vəziyyəti izah etməyib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda-Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

0
Virtualaz.org