“Bu il Qarabağda müharibə yenidən qızışa bilər” - Rusiyalı hərbi ekspert

SİYASƏT
14:26 / 04.01.2021
2959

“2021-ci ildə hərbi qarşıdurmalar Dağlıq Qarabağ, Donbas və Suriyada davam edəcək. Eyni toqquşmalar Kuril adalarında, Belarusda və Şimal dəniz dəhlizində də mümkündür”.

HİT.Az Musavat.com-a istinadən xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib.

Onun sözlərinə görə, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”. Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi. “Münaqişənin həlli böyük ölçüdə Rusiya sülhməramlılarının hərəkətlərindən asılı olacaq”, - deyə o ehtimal edib.

Sözünə davam edən hərbi ekspert deyib: “Donbas, Türkiyə və Ukraynanın Krım uğrunda əməliyyat keçirməyə çalışacağı bir yerə çevriləcək. Bu Krım yarımadası ətrafında artan gərginliyin müqəddiməsi ola bilər. Hərbi aviasiyanın rolunu pilotsuz təyyarələr həyata keçiriləcək. Dnestryanı bölgədə (Moldova - red.) isə Rusiya sülhməramlılarının varlığı münaqişəyə gətirə bilər”.

Leonkov “Rand Corporation”un 2019-cu ildə “Rusiyanın cilovlanması və ona qarşı ön tədbirlər” haqda hesabatını öz proqnozları üçün arqument qismində göstərir. Həmin sənəddə Güney Qafqaz, Orta Asiya və Dnestryanı bölgədən bəhs olunur.

Ekspert Ukraynada təlim keçmiş “diversiya qrupları”nın Belarusa nüfuz etməsini təxmin edir. Onun fikrincə, intiharçı hücumlar da baş verə bilər.

1