\"Peqov hardan reportaj hazırlayırdısa, Azərbaycan Ordusu dərhal oranı darmadağın edirdi\"

10:56 / 07.01.2021
1731

“Telegram” sosial şəbəkəsində populyarlıq qazanan "WarGonzo” layihəsinin rəhbəri Semyon Peqov "Bakının casusu"dur.

Belə bir iddia ilə ermənistan mətbuatı çıxış edib.

Erməni mənbələri yazır ki, Semyon Peqovun müharibə zamanı Ermənistan silahlı qüvvələrinin olduğu yerlə bağlı Azərbaycan Ordusuna dəqiq məlumat ötürdüyünə dair dəlillər var.

Anaxit Ovsepyan adlı istifadəçinin sözlərinə görə, Peqov hara gedirmişsə, hardan reportaj hazırlayırmışsa, oranı dərhal Azərbaycan Ordusu darmadağın edirmiş. Yəni erməni qoşunlarının yerləşdiyi yerlərin koordinatlarını və strateji nöqtələri Peqov Azərbaycana ötürürmüş. 

0
Publika.az