Qarabağda bu günədək 1188 erməni hərbçisinin qalıqları tapılıb

SİYASƏT
15:23 / 07.01.2021
807

Hazırda Hadrut, Füzuli, Talış və Suqovuşan istiqamətlərində erməni hərbçilərinin qalıqlarının axtarışları davam edir.

HİT.Az-ın verdiyi xəbərə görə, bunu erməni KİV-lərinə separatçı rejimin nümayəndəsi Unan Tadevosyan deyib. 

"Dünən axtarışlar nəticəsində əsgər meyiti aşkarlanmayıb. Ərazidə bir cəsədin belə qalmadığına əmin olanadək axtarışlar davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, Qarabağda bu günədək işğalçı ordunun 1188 hərbçisinin qalıqları aşkarlanıb.

0