Diplomatik əlaqələr qurulmadan bu haqda danışmaq əsassızdır - XİN

SİYASƏT
17:49 / 08.01.2021
765

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva kütləvi informassiya vasitələrində Azərbaycan və Ermənistan arasında viza məsələsinə dair yayılmış xəbərlərə aydınlıq gətirib.

HİT.Az-ın xəbərinə görə, XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlərin qurulması vacibdir.

"Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır", - deyə L.Abdullayeva bildirib

0