Təəssüf ki, münaqişə həll olunmayıb, status məsələsi qalır\" - Paşinyan

23:22 / 11.01.2021
1730

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb.

HİT.Az-ın "İnterfaks"-a istinadən verdiyi xəbərə görə, bunu Paşinyan 11 yanvarda Moskvada baş tutan üçtərəfli görüşdən sonra Rusiya və Azərbaycan prezidentləri ilə keçirilən bigə brifinqdə deyib.

"Hörmətli Vladimir Vladimiroviç, ilk öncə icazə verin regionda stabilliyin və təhlükəsizliyin bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyiniz səylərə görə sizə minnətdarlığımı bildirim. Təəssüf ki, münaqişə hələ də həll olunmayıb", - deyə o bildirib.

Paşinyanın fikrincə, hərbi əməliyyatların dayandırılmasına nail olunsa da, bir sıra məsələlər hələ də həllini tapmayıb. Ermənistanın baş naziri Qarabağın status məsələsini həll olunmamış məsələlərdən biri adlandırıb. 

"Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdı", - deyə Paşinyan əlavə edib.

9