Fransa parlamentinə Azərbaycanla bağlı yeni qətnamə layihəsi təqdim olunub

20:10 / 12.01.2021
1369

Fransa Milli Assambleyasına (Parlament) “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi“ adlı qətnamə layihəsi təqdim edilib.

Sənədin müəllifləri Fransa-Azərbaycan Dostluq qrupunun üzvləri fransalı parlamentarilər Jerom Lamber, Jan-Lük Reytzer, Andre Vilye, Mişel Vyale, Frederik Düma və Mjid El Gerabdır.

Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb.

Sənəddə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı rolu xüsusi qeyd olunub.

0