Ermənistan tərəfi aparılan axtarışlar nəticəsində daha yeddi hərbçisinin cəsədlərinin tapıldığını açıqlayıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan tərəfi bu gün də axtarışları davam etdirəcək. Belə ki, axtarışlar Talış-Ağdərə, Hadrut, Talış-Suqovuşan, həmçinin Daşaltı istiqamətində aparılacaq. Axtarışlara Ermənistan tərəfindən üç dəstə cəlb olunacaq.
Ermənistan tərəfi həmçinin axtarışlar çərçivəsində 13 noyabr-13 yanvar tarixlərində ümumilikdə 1229 erməni hərbçisinin cəsədlərinin tapıldığını qeyd edib.
oxu.az