Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu Azərbaycanın 20 Yanvar şəhidlərini ehtiramla yad edib.
HİT.Az xəbər verir ki, “20 Yanvar” qətliamı haqqında Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu Twitter hesabında paylaşım edib.
"31 il öncə Azərbaycanın müstəqilliyi yolunda yaşanan və tarixə “Qanlı Yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anır, Can Azərbaycanımızın Milli matəm günündə ortaq dərdimizi dərin üzüntülərlə paylaşıram”, - deyə CHP lideri bildirib.