İran İslam Respublikası Xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.
HİT.Az-ın xəbərinə görə, Zәrif Bakıda jurnalistlərə bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu torpaqların Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.
İran XİN rəhbəri onu da qeyd edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.
İran Xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistan və Türkiyәyә sәfәr edәcәyini deyib.