Putindən qaçqınların Qarabağa qaytması ilə bağlı önəmli açıqlama - VİDEO

SİYASƏT
18:13 / 27.01.2021
1680

"Üçtərəfli bəyanat ardıcıl olaraq icra edilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq”.

HİT.Az TASS agentliyinə istinadən bildirir ki, bunu RF prezidenti Vladimir Putin "Davos həftəsi"ndə videoformatda çıxışı zamanı söyləyib.

"İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.

Rusiya lideri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Moskva vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub: 

"Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl icra olunur. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.

 

5