Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə bu generallar rəhbərlik edəcək

SİYASƏT
13:08 / 30.01.2021
1036

İşğaldan azad olunan Ağdam rayonunun Mərzili kəndi yaxınlığında inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

HİT.Az xəbər verir ki, Mərkəzdə Türkiyə şəxsi heyətənə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.

Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Qeyd edək ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.

0