Qarabağda aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş daha bir erməni hərbçinin qalıqları tapılıb.
HİT.az erməni KİV-inə istinadən xəbər verir ki, məlumata görə, bununla da Qarabağda meyiti tapılan itkin işğalçı ordu hərbçilərinin sayı 1 345 nəfərə çatıb.
Qeyd olunur ki, bu gün Qarabağda digər itkin sayılanların axtarışı aparılmayıb. Qeyd edək ki, ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub