“Türkiyə Azərbaycana çox yaxındır və bunu nəzərə almalıyıq...” - Medvedyev

SİYASƏT
12:54 / 01.02.2021
1914

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini, keçmiş prezident Dmitri Medvedyev Moskva və Ankaranın Qarabağdakı əməkdaşlığını uzunmüddətli siyasətin elementi hesab etmir.

Rusiya rəsmi KİV xəbər verir ki, Medvedyev bu əməkdaşlığın regionda yaranmış yeni reallıqdan irəli gəldiyini deyib.

Türkiyənin Qarabağdakı rolunu şərh edərkən Medvedyev bildirib ki, bu ölkə Rusiyanın çox mühüm tərəfdaşıdır, Azərbaycana da çox yaxındır. “Və bu amili hesaba almamaq mümkün deyil”,-o qeyd edib.

“Bizim onlarla məhsuldar dialoqumuz var-ölkəmizin prezidenti Türkiyə prezidenti Ərdoğanla bu mövzuda daim ünsiyyət saxlayır. Əvvəldən qərar qəbul edilmişdi ki, işlərin ümumi vəziyyətinə nəzarət etmək üçün xüsusi nəzarət mərkəzi yaradılsın və orada həm Türkiyə, həm Rusiya hərbçiləri iştirak etsin. Və bu da ümumi stabilizasiyanın elementidir”,-Dmitri Medvedyev belə deyib.

Lakin Medvedyev vurğulayıb ki, bu elementi hansısa uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməzdi və ya bunun üzərində konspirologiya nəzəriyyəsi qurmaq istəməzdi. “Sadəcə olaarq biz regionda mövcud olan reallığı nəzərə almalıyıq. Reallıqlar isə belədir ki, bu gün bu məsələni (Qarabağ məsələsini) Türkiyədən olan tərəfdaşlarımızla da müzakirə etmək zəruridir”,-Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini vurğulayıb.

0
Virtualaz.org