Azərbaycan hərəkətə keçməyə məcbur idi - Türkiyə XİN rəhbəri

SİYASƏT
23:30 / 01.02.2021
1294

Azərbaycan sülh təşəbbüslərinin müvəffəqiyyətsizliyi fonunda aktiv hərəkətə keçməyə və özünə aid olanı geri qaytarmağa məcbur idi.

HİT.Az "Anadolu"-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə diplomatiyasının rəhbəri onu da qeyd edib ki, rəsmi Ankara əvvəlcədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb: "Türkiyə olaraq əvvəlcədən Qarabağ münaqişəsinin diplomatik yolla həllinə çağırırdıq. Lakin xarici oyunçular Ermənistanı dəstəkləməyə davam edərək rəsmi Ankaranın mövqeyi ilə razılaşmırdılar".

"Azərbaycan hüquqla özünə aid olanı qaytardı, tarixi ərazilərini geri qaytardı", - deyə Çavuşoğlu vurğulayıb.

0