Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general səbəbi açıqladı

SİYASƏT
10:52 / 02.02.2021
6211

"Ağdamda Türkiyə, Rusiya birgə monitorinq mərkəzinin açılış mərasimi oldu. Türk ordusu bu gəlişi ilə Qarabağdakı problemləri aradan qaldırmağa tam müvəffəq olmasa da problemlərin həllinə kömək edəcək".

Qaynarinfo xəbər verir ki, bunu milli.az-a açıqlamasında ehtiyatda olan general-mayor Özgür Tör deyib. Türkiyə generalı bildirib ki, infirormasiya savaşı müharibə qədər önəmlidir:

"Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox dünya ictimaiyyətinə də mühüm bir mesajdır. Azərbaycan o topraqların əsil sahibidir. Buna baxmayaraq, problemin həlli illərdir ertələnirdi. Türkiyənin artıq bölgədə olması tərəflər arasındakı balansı tarazlaşdıracaq.

Xankəndində, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnfirormasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşadıqları ərazilərində nəzarəti əldən vermək istəmir.

Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir".

1