Azərbaycan Ordusunun 23 əsgəri İzmirdə 2 həftəlik Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) kursunu uğurla başa vurub.
HİT.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Azərbaycana yola salınan qardaşlarımız Ermənistana qarşı böyük bir qələbə qazandıqları Dağlıq Qarabağda mina və sursatlardan təmizləmə işi icra edəcəklər”, - deyə açıqlamada qeyd olunub.