Xaricdəki ermənilər özlərini məğlub xalq hesab edir - Diaspor liderləri danışdı

SİYASƏT
12:12 / 03.02.2021
851

Azərbaycan Əsgərinin gücü, Azərbaycan Ali Baş Komandanının “Dəmir yumruq”u tək işğlçı Ermənistan dövlətini darmadağın etmədi, erməni diasporunu da parçaladı. İndi ermənilər bütün dünyada məğlub xalq kimi qəbul edirlirlər. Heç şübhəsiz ki, erməni lobbisinin iflasında Azərbaycan disporunun da əvəzsiz xidmətləri var.

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri ermənilərlə bağlı gördüklərini, müşahidə etdiklərini Modern.az-la bölüşüblər.

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Rusiyada erməni diasporunun xüsusilə aktiv fəaliyyət göstərdiyini deyib:

“Erməni diasporu dünyanın bir neçə ölkəsində çox güclü struktura malikdir. Lobbiçilik fəaliyyəti də güclüdür. Belə ölkələrdən biri də Rusiyadır. Ermənilər Rusiyada demək olar ki, bütün mətbuatdan, ictimai-siyasi sferadan yüksək səviyyədə istifadə edirlər. Yuxarı təbəqələrdə təmsil olunurlar. 2016-cı ildə Ermənistan-Azərbaycan arasında olan qarşıdurma bizə bunu göstərdi ki, Rusiyada informasiya, mətbuat sahəsində ermənilərə çox uduzuruq.

2016-cı ildə Azərbaycan-Ermənistan arasında olan qarşıdurmanı ermənilər Rusiya mediasına Azərbaycanın təxribatı kimi təqdim etdilər. Biz o vaxtdan ayaqdayıq və 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsinə Rusiyada yaşayan azərbaycanlı ictimai-siyasi xadimlər, diaspor nümayəndələri daha professional şəkildə hazır idilər”.

Diaspor rəhbəri Vətən Müharibəsi zamanı Azərbaycan diasporunun informasiya savaşında ermənilərə məğlub olmadığını, ölkə mediası və ictimai həyatında aktiv təmsil olunduğunu xatırladıb. Onun fikrincə, bu, ermənilər üçün gözlənilməz olub.

“Erməni diasporu azərbaycanlılar tərəfindən belə bir zərbəni gözləmirdi. Həm də Rusiya hakimiyyəti bərabərlik şərti ilə bizə ermənilərlərə mətbuatda eyni səviyyədə təmsil olunmaq imkanı verdi. Biz də bu fürsətdən istifadə edib, öz gücümüzü göstərdik. Rusiya ictimaiyyətinə, ictimai-siyasi xadimlərinə Azərbaycan həqiqətlərini, Qarabağda erməni təxribatlarının necə başladığını çatdırdıq”.

Şamil Tağıyevin fikrincə, hazırda Rusiyada erməni diasporu parçalanmış durumdadır:

“Təbii ki, burada Azərbaycan diasporunun birliyi də mühüm rol oynadı.

Əlbəttə, ötən illərlə müqayisədə hazırda Rusiyada olan erməni diasporu iflic vəziyyətdədir. Çünki 2018-ci il Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövürdən bu yana Rusiyada paralel erməni diaspor təşkilatları yarandı.

Yəni 2018-ə kimi Rusiyada fəaliyyət göstərən tək erməni təşkilatı Rusiya Erməniləri İttifaqı idi. Bu ittifaqın rəhbəri sırf rusiyapərəst, “Qarabağ klanı”nı dəstəkləyən Ara Abramyan idi.

Paşinyanın hakimiyyətini həmin təşkilatın üzvləri qəbul edə bilmirdilər. Bu səbəbdən də Paşinyana qarşı kampaniyalara başladılar. Paşinyan da başa düşdü ki, Rusiyadakı bu təşkilatlar ona fəaliyyətini təbliğ etməyə imkan verməyəcək. Buna görə də paralel bir təşkilat - Rusiya Ermənilərinin Birləşmiş Təşkilatını yaratdı. Sonuncu Qarabağ müharibəsində həmin təşkilatlar biri-birinə mane olmağa başladılar. Erməni diasporunın daxilində koordinasiya itdi. Hər təşkilat insanları öz tərəfinə çəkirdi. Və onun bazasında daha da səmərəli cəbhəyə, erməni ordusuna, xalqına kömək edəcəyini bildirirdi. Beləliklə, ermənilərin hər il gördüyü güclü, planlaşdırılmış işlərin hamısı puç oldu. Nə etdiklərini özləri bilmirdilər. Bunu öz müsahibəsində Ara Abramyan etiraf edib. Hərə özbaşına nəsə etmək istəyirdi. Mərkəz yox idi, dağılmışdı. Diasporun Ermənustana göndərdiyi milyardlarla rubl humanitar yardımın bu günə qədər hesabatını tam ala bilmirlər”.

Şamil Tağıyev Rusiyadakı ermənilərin özlərini məğlub xalq kimi hiss etdiklərini də sözlərinə əlavə edib. Onun fikrincə, Ordumuzun zəfəri dünya ermənilərinə mənəvi zərbə vurub.

“Qarabağda uduzandan sonra ermənilər Moskvada və digər şəhərlərdə özlərini məğlub milət kimi hiss edirlər. Biz onları hər gün görürük. Həm ictimai sahədə, həm də şəhərdə gəzdiyimiz, oturduğumuz, dincəldiyimiz yerlərdə... Və görürük ki, həqiqətən də onların özləri üçün yaratdığı “məğlubedilməz erməni xalqı” mifi artıq özlərinə də gülməli gəlir.

Özləri də bunu başa düşüblər. Anladılar ki, neçə illərdi özlərini aldadırmışlar.
Bu gün erməni diasporunun daxilində parçalanma var. Ermənilər bunu anlayaraq, əvvələr olduğu kimi yenidən hər kəsi toplayıb, təşkilatlanmaq istəyirlər. Amma bu, alınmır və alınmayacaq da... Çünki daxildə qarşıdurmadır. Paşinyana dəstək olanlar da var, onu satqınlıqda ittiham edənlər də... Hətta Ermənistan  prezidenti Armen Sarkisyan Moskvaya gəldiyi zaman erməni diasporunun bir çox nüfuzlu üzvləri onunla görüşə getmədilər. Onunla görüşə gedənlər sadə insanlar, elm adamlar idi. Onlar da suallarına cavab almaq üçün getmişdilər. Hazırda ermənilər dağınıq şəkilindədirlər”.

Fransa-Azərbaycan Dialoqu Assosiyasiyasının sədri Günel Səfərova erməni diasporuna qarşı aparılan mübarizədən danışıb:

“Biz Vətən müharibəsi ərzində, ümumiyyətlə 2020-ci ilin iyul ayından başlayaraq çox aktiv fəaliyyət göstərdik. Dövlət orqanlarına çoxlu sayda məktub yazıldı, sosial şəbəkələr və mediada bacardığımız qədər haqlı mövqeyimizi təbliğ etdik. Düzdür, asan olmadı. İndi də asan deyil. Çünki hər tərəfdən bizi bloka salırlar. Lakin çalışdıq ki, maksimum dərəcə də səsimizi dünyaya çatdıra bilək. Buradakı bir neçə erməni diaspor rəhbəri ilə həm debatlarda, həm də sual-cavabda olduq. Onu deyə bilərəm ki, onların mövqeyi dəyişməyib, bundan sonra da dəyişməyəcək. Onlar öz aqresiyyalarında qalırlar və öz iftiralarına davam edirlər. Dönə-dönə tarixi faktları ortalığa qoysaq da, 1921-ci ildə Stalinin Qarabağı guya bizə verdiyi kimi cəfəng iddilar irəli sürürlər.

Halbuki, biz həmin tarixi sənədi də onlara göstərib, təqdim etmişik, izah etmişik. Demişik ki, bizə inanmırsınızsa, gedin  rus dilində tərcüməçi də tapın. Sadəcə, onlar özlərini yalanlara inandırıblar. Onların mövqeyləri dəyişməyəcək.

Şanlı Ordumuzun qələbəsinə qədər Qarabağda qurduqları separatçı rejimin Azərbaycanın tərkibində olmayacağını deyirdilər. Bizim müzəffər Ordumuz onlara sübut etdi ki, Azərbaycan amüstəqil dövlətdir və bu haqsızlığa son qoymaq gücü var. Ona görə də hazırda ermənilərin uğurumuza hansı reaksiya verəcəyi bizim üçün heç bir əhəmiyyət daşımır”.

Diaspor rəhbəri Fransa cəmiyyətinin münaqişəyə baxış bucağının tədricən dəyişdiyini söyləyib:

“Müharibədən sonra yazdığımız məktublar nəticəsiz qalmadı. Çünki cüzi də olsa, Azərbaycana qarşı münasibətdə dəyişikliklər olduğunu görürük. Erməni lobbisi haqısz olaraq Ermənistanın regionda sıxışdırıldığını iddia edirdi.

Amma artıq erməni lobbisinin dostları da bu deyilənlərin doğru olmadığını anlamağa başıayıblar.Düzdü, bəzi fransızları müəyyən səbəblərdən təsirlərində saxlamağa çalışırlar. Ancaq fransızların bəziləri münaqişə barədə dolğun məlumata malik olmadıqlarını söyləyirlər. Fransada erməni lobbisi çox güclü olduğu üçün cəmiyyətə və hökumətə ciddi təzyiq göstərir. Bəzi fransızlar bizə “siz haqlısınız”-deyə dəstək versələr də, təəssüflər olsun ki, erməni lobbisi onlara da təzyiqlər göstərir və bir sıra hallarda hətta təhdid belə edirlər. Ona görə də həmin şəxslər açıq-aydın mövqeylərini bildirməkdən çəkinirlər.

Amma hazırda bizim üçün müharibə qurtarıb. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Biz haqlı olaraq özümüzə aid olan əzəli torplaqları işğalçılardan təmizlədik. Hazırda Qarabağdakı zəfərə çox sevinirik. Bundan sonra təbliğatımızı ancaq bu yöndə aparacağıq”. 

Ukraynada Azərbaycan diasporu hər zaman erməni diasporundan güclü olub  

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədəki erməni diasporunun durumu barədə maraqlı məlumat verib. Onun sözlərinə görə, Ukraynada Azərbaycan diasporu daim erməni diasporundan üstün olub:

“Öncə onu qeyd etmək lazımdır ki, Ukraynada Azərbaycan diasporu hər zaman erməni diasporundan güclü olub. Ermənin hansısa vəzifəyə, dövlət postuna getməsinə baxmayaraq, onlar burada Azərbaycan diasporuna heç vaxt güc gələ bilməyiblər. Çünki Azərbaycan diasporu burada çoxsaylıdır, çox güclüdür. Milli birlik var. Bu müharibədən öncə də belə olub, indi də belədir”.

Müsahibimiz Vətən müharibəsi dövründə Ukrayna mediasında və ictimai fikrində diasporumuzun düşməni üstələdiyini bir daha xatırladıb.

“Qeyd edim ki, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycan diasporu erməni diasporuna aman vermədi. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Ukrayna dövlətinin özü  separatçılıqdan əziyyət çəkir və bu mənada bizim haqq mövqeyimizi ictiamiyyətinə çatdırmağa yardımçı olurdu. İndi də belədir. 44 günlük vətən müharibəsi dövründə demək olar ki, Azərbaycan diasporu erməni diasporunu bütün məsələlərdə məğlub etdi. Həm televiziyadakı debatlarda, həm mətbuatda çıxan yazılarda... Ukrayna-Azərbaycan  parlamentlərarası işçi qrupunun nümayəndələrinin, Ukrayna prezidentinin və Ukrayna xarici işlər nazirinin rəsmi şəkildə vermiş olduğu bəyanatlar da buna əyani sübutdur”.

H.Cavadov Qarabağdakı məğlubiyyətin erməni diasporunu mənəvi baxımdan əzdiyini söyləsə də, onların qarşıdakı illərdə də təxribatlardan əl çəkməyəcəyinə əminliyini ifadə edib:

“Bu heç kimə sirr deyil ki, erməni diasporu, ümumiyyətlə erməni milləti hər zaman yalançı ideologiya üzərində qurulmuş tərzdə hərəkət edir. Yalan üzərində qurulmuş istənilən məsələdə müvəqqəti uğur qazana bilərlər. Amma artıq 44 günlük müharibə dövründə erməni yalanlarının alt-üst olduğunu və regionda gedən prosesləri anlamağa başlayıblar. Erməni diasporu çox arsız diaspordur. Yalanı doğru kimi qələmə verib, onu sübut etməyə çalışandır. Artıq ukraynalılar da bunu bilirlər. Azərbaycan diasporu bu məsələlərə sükutla yanaşmır. Lazımi səviyyədə cavablarını veririk.

Ermənilər məğlub olduqlarını çox gözəl bilirlər. Onlara öz hökümətləri tərəfindən sırınan  yalanların ifşa olunması göz qabağındadır.Yalanlarla yaratmış olduqları mifi Azərbaycan Ordusu, Azərbaycan xalqı darmadağın etdi.

Bu arsız diaspora bizim də qətiyyətli cavablarımız var. Bir daha qeyd etmək istərdim ki, erməni diasporu sakit durmayacaq. Bundan sonra da hərəkətdə olacaq. Azərbaycana qarşı onlar heç vaxt dost-qardaş münasibəti bəsləyə bilməzlər. Çünki onlar doğuşdan türkə düşməndirlər.
Ermənilər bizim tarixi torpaqlarımızla özlərinə dövlət qurublar. Bunu özləri də gözəl bilirlər. Ancaq heç bir şansları yoxdur. Erməni diasporu ermən dövlətini, bütün erməniləri yığsa belə,  haqq-ədalət olan məsələdə nəsə edə bilməyəcəklər”.

0