İlham Əliyev Şuşaya getməklə Paşinyana daha bir zərbə vurdu 

SİYASƏT
14:20 / 03.02.2021
3523

Prezident İlham Əliyevin Şuşaya səfəri Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən müxalifətin hədəfinə gətirib. 

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin iclasında “İşıqlı Ermənistan” partiyasının deputatı Taron Simonyan İlham Əliyevin Şuşa səfərindən danışarkən Paşinyanı sərt tənqid edib. O, Baş nazirin müharibədən sonra Xankəndinə səfər etməməkdə qınayıb. 

“Azərbaycan Prezidenti Şuşa gələ bildi, amma bizim Baş nazir Stepanakerti (Xankəndi) ziyarət etməyib. Ora səfər etməkdən qaçır. Ötən 3 ayda Ermənistan hökumətinin dəstəyi ilə bircə ev belə tikilməyib”, - deyə Simonyan bildirib.

Vüqar

0