Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib.
HİT.Az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Twitter hesabında məlumat yayıb.
Paylaşımda qeyd olunub ki, nazirliyimizin tabeliyində olan "ASFAT AŞ" şirkəti tərəfindən istehsal olunan 20 ədəd MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana yola salırıq:
Avadanlıqlar Kayseridən yola düşən təyyarə ilə Bakıya göndərilib.