Bayraktar Azərbaycan əsgərlərinə sertifikat verdi - FOTO

SİYASƏT
11:07 / 06.02.2021
2019

Azərbaycan Hava Qüvvələri Komandanlığına tabe olan 77 Azərbaycan əsgəri "Baykar" şirkətinin keçirdiyi Bayraktar TB2 PUA Operatorluğu təlimini başa vurub.

"Türkiyə mətbuatı xəbər verir ki, təxminən 4 aydır davam edən təlimin sonunda buraxılış mərasimində Azərbaycan Ordusunda PUA pilotu, növbətçi komandiri, yük operatoru və texniki vəzifələri icra edəcək əsgərlərin sertifikatları verilib.

Keşan rayonunda Baykar Uçuş Təlim Mərkəzində təşkil edilən məzuniyyət mərasimində "Baykar" şirkətinin Baş direktoru Haluk Bayraktar və texniki direktoru Səlcuq Bayraktar iştirak ediblər. Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığı komandirinin müavini, briqada generalı Namiq İslamzadə, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanlığı komandir müavini və Baş qərargah Baş polkovniki Elşad Pənahov və Azərbaycan HHQ Komandanlığının rəisi, polkovnik Elçin Axunov da iştirak edib.

Mərasimdə məzun olan kursant təmsilçisi Nəcəf Nəcəfov, "Baykar" şirkətinin keçirdiyi məşqləri meydanda ən yaxşı şəkildə tətbiq etdirəcəklərini bildirib. Nəcəfov isti münasibət göstərdikləri üçün onlara təşəkkür edərək, Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirini oxuyub.

Mərasimdə çıxış edən Səlcuq Bayraktar, iki ölkə xalqının qardaşlığını vurğulayıb. Zəfərin əsas memarının cəbhədə həyatını itirən şəhidlər olduğunu ifadə edən Səlcuq Bayraktar, "Qarabağ mövzusu gəncliyimizdən bəri içimizdə bir yara olub. Allaha şükür ki, hər şeyi ilə millətimizə aid olan pilotsuz təyyarələrimiz, sizin sayənizdə böyük bir uğura imza ataraq, dünya hərb tarixinə girməyi bacardı",-deyə qeyd edib.

 

0
Qafqazinfo.az