"Caliber” layihəsinin “YouTube” kanalında növbəti videoburaxılışı yerləşdirilib.
HİT.Az xəbər verir ki, Hans Klos və Heydər Mirzə nin təqdimatında hazırlanan videoçarxda müharibədən sonra Ermənistan cəmiyyətini təkcə pərdəaraxası siyasi oyunların deyil, həm də real fobiyaların silkələdiyi bildirilir.
Yayılan iddialara aydınlıq gətirmək üçün dəridən-qabıqdan çıxan Ermənistanın müdafiə nazirliyi az qala hər gün müxtəlif məzmunlu təkzib bəyanatları ilə çıxış etməli olur.
Kanalının videosüjetinin karikatur qəhramanları Artsrun Ovanesyan, Şuşan Stepanyan, Cəlal Arutunyan, Edmon Marukyan və David Qalstyandır.