Türkiyə və Fransa rəsmiləri Qarabağ və digər münaqişələri müzakirə etdi

SİYASƏT
22:40 / 09.02.2021
923

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalınla Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.

HİT.Az-ın “Anadolu”ya istinadla verdiyi xəbərə görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri, eləcə də Şərqi Aralıq Dənizi, Dağlıq Qarabağ, Suriya və Liviyadakı münaqişə müzakirə edilib.

Tərəflər iki ölkə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin bərpasının əhəmiyyətini vurğulayıb.

Kalın və Bonn Türkiyə-Aİ əlaqələrini canlandırmaq üçün strateji addımların atılmasının və işbirliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Miqrasiya razılaşmasını yeniləməyi qərara alan rəsmilər, yeni yol xəritəsinin hazırlığı prosesini sürətləndirməyi razılaşdırıb.

0