"Türkiyə bölgədə təsir gücünü artırır. Türkiyənin kosmik proqramı bu siyasətin tərkib hissəsidir. Bu cür layihələr Türkiyənin İslam və Türk dünyasında çəkiciliyini artırır. Şübhə etmirəm ki, Türkiyə ABŞ, Rusiya, Fransa və ya İsrail kimi nüvə dövləti olmağı da qarşısına məqsəd qoyub".
HİT.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycanın Türkiyənin böyük layihələrinə şərik olması vacibdir:
"Misal üçün Türkiyə kosmik proqramında Azərbaycanla əməkdaşlıq edəcəyini artıq indidən açıqlayıb. Və ya Türkiyədə bir neçə il sonra atom elektrik stansiyası istifadəyə verildikdən sonra biz də bu haqda ciddi düşünməliyik. Başqa sözlə, Türkiyə-Azərbaycan konfederasiyası elan edilmədən və bu haqda uzun-uzadı danışmadan da müxtəlif birgə layihələri sürətlə reallaşdırmaq mümkündür".