“UNESCO bu dəfə vəfatının 700-cü ili olması səbəbindən 2021-ci ili Yunus Əmrəyə həsr etdi”.
Bunu “Bizim Yunus” ilinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bu məsələdə ölkəsinə dəstək olan dövlətlərə təşəkkür etməyi unutmayıb:
“Dəstəyə görə Azərbaycan, Makedoniya və Bosniya və Herseqovinanın UNESCO-dakı təmsilçilərinə təşəkkür edirəm.
Yunus Əmrə və Türkçə ili çərçivəsində Prezident Administrasiyası himayəsində bir çox tədbirlər təşkil edəcəyik. Yunus Əmrənin ideyalarını dünyaya çatdırmağa çalışacağıq”.
qafqazinfo