Ermənilər Zəngəzurun Zeyvə kəndini BOŞALDIR

SİYASƏT
16:42 / 18.02.2021
1570

Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini  tərk edir.

Ermənistan KİV xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlama verib.

O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqların az olmasından şikayətlənib.

“Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.  

0
Modern.az