“Biz iki gün ərzində məhsuldar görüşlər keçirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunduq”.
Hit.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
“Bütün məsələlərdə Azərbaycana göstərdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkürümüzü bildiririk. Azərbaycan da bütün məsələlərdə Türkiyəni dəstəkləyir”,- Ə.Əsədov bildirib.