ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadı

16:05 / 20.02.2021
1082

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.
 
Bu barədə erməni ictimai fəal, "Kaseçum" hərəkatının funksioneri Samson Qriqoryan bildirib.
 
Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən "qonaqlar" Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb:
 
"Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar".
 
Xatırladaq ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün İrəvandan yox, Bakıdan icazə alınmalıdır.

0
Modern.az