“Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir” - Fuad Axundov

20:50 / 20.02.2021
616

Bu gün Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir.

Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov CBC TV-yə müsahibəsində bildirib.

“Ermənistan bütün Azərbaycan memarlığını dağıdıb, onu özünün yeni tikililəri ilə əvəz etməklə öz memarlıq görünüşünü tamamilə dəyişdirən yeganə ölkədir. Tam əminliklə söyləmək olar ki, bura açıq səma altında vandalizm “muzeyi”dir. Dünyada bu cür başqa bir ölkə yoxdur”, - deyə Fuad Axundov qeyd edib.

F.Axundov həmçinin bildirib ki, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra Ermənistan bütün şəhər və kənd adlarını tamamilə dəyişdirərək şəhərləri yenidən qurub.

“Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovmaqla Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv etdi, bütün toponimləri və hidronimləri dəyişdirdi, həmçinin Alban kilsələrinin qədim memarlığını da erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbrləri dağıdıldı”, - deyə F.Axundov qeyd edib.

0