Gürcüstanın yeni baş naziri Azərbaycana səfər edəcək

SİYASƏT
15:59 / 22.02.2021
944

“İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”.

Bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında deyib. O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycanı müdrik rəhbəri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var”.

İ.Qaribaşvili Azərbaycanla sərhədlə bağlı danışıqlar aparacağını söyləyib: “İnanıram ki, cənab İlham Əliyev və dost Azərbaycanla birgə dialoq aparıb məntiqli qərar qəbul edəcəyik”. (report)

0