Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.
HİT.az xəbər verir ki, görüşdə Azərbaycan-Braziliya münasibətləri, Azərbaycandakı hazırkı ictimai-siyasi situasiya, Vətən Müharibəsindən sonrakı dövrdə regionda yaranmış ümumi vəziyyət və yeni dövrün reallıqlarından irəli gələn perspektivlər müzakirə edilib.
Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.