Koronavirus seçki tarixində də qeyri-adi ilkə yol aça bilər...

SİYASƏT
21:33 / 24.05.2020
1297

Koronavirus bəşəriyyətinseçki tarixində də ciddi yeniliyə səbəb ola bilər.

Moderator.az xəbər verirki, koronavirus pandemiyasının davam etdiyi müddət ərzində seçki keçirməyin çətinliyiyeni axtarışlara təkan verib. Belə ki, artıq ABŞ-da qarşıdakı seçkilərin poçtvasitəsi ilə keçirilməsi ilə bağlı təkliflər aktuallaşıb. Bəzi seçki mütəxəssislərihesab edir ki, koronavirus təhlükəsinin davam etdiyi müddət ərzində seçkilərinpoçt vasitəsi ilə keçirilməsi dünya seçki tarixində ciddi yeniliyə yol açmaqlayanaşı, seçki prosesinin gələcək simasını da həmişəlik dəyişə bilər.

Lakin seçkilərin poçt vasitəsiilə keçirilməsi təklifinə qarşı çıxanlar da az deyil. Məsələn, ABŞ prezidentiDonald Tramp hesab edir ki, seçkilərin poçt vasitəsi ilə keçirilməsi böyüksaxtakarlıqlara yol aça bilər. Trampın fikrincə, seçkilərin tamamilə poçtsistemindən asılı hala düşməsi, çoxlu sayda saxta bülletenlərin dövriyyəyə girməsinəsəbəb ola bilər. ABŞ prezidenti hesab edir ki, seçkilərin poçt vasitəsi iləkeçirilməsi həmin seçkini bəşər tarixinin “ən saxta seçkisinə” çevirə bilər.

Ancaq bununla belə, mütəxəssislərhesab edir ki, hər şey koronavirusla mübarizənin nəticələrindən asılı olacaq. Əgərseçki dövrünə qədər koronavirusla mübarizədə mühüm nəticə əldə edilməsə, ozaman seçkilərin poçt vasitəsi ilə keçirilməsi yeganə çıxış yolu kimi vaşkeçilməzola bilər.

Seymur ƏLİYEV

0
Moderator.az