Putin-Paşinyan görüşündən əldə edilən ən böyük nəticə - ŞƏRH

SİYASƏT
11:21 / 09.04.2021
1374

"Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada  “Erməni Vəkilləri Assosiasiyasının” üzvləri ilə keçirdiyi görüşdə Rusiya prezident Vladimir Putinlə apardığı danışıqların son dərəcə məhsuldar olduğunu bildirib. Onun dediyinə görə üç saat yarım çəkən görüşdə gündəlikdə olan bütün məsələləri müzakirə etmək mümkün olub".

Bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, Paşinyanla Putinin müzakirə etdiyi məsələlərə Ermənistan ordusunun və silahlı qüvvələrinin reforma olunması, Bakıda saxlanan ermənilərin qaytarılması, regional kommunikasiya xətlərinin açılması, Ermənistan-Türkiyə münasibətləri, Ermənistanda  müharibədən sonrakı yenidənqurma işlərində Rusiya şirkətlərinin iştirakı daxil idi:

"Bu məsələlərdən hansının müzakirə olunaraq həllini tapması ilə əlaqədar heç bir məlumat verilmir. Yəni, düşündüyümüz qədər, onlardan heç birini Paşinyan Ermənistan ictimaiyyəti qarşısına çıxarıb nailiyyət kimi təqdim edə bilmir. Bəzi məsələlrin müzakirə olunması üzərindən isə sükutla keçir. Belə məsələlərdən ən önəmlisi heç şübhəsiz, iyun ayının 20-nə təyin olunmuş növbədənkənar parlament seçkiləridir. Qarşıdan gələn seçkilərin Putinlə hansı səviyyədə müzakirə olinması haqqında Paşinyanın bəyanatrında heç nə deyilmir. İki ölkə lideri arasında müzakirə olunacağı heç kimdə şübhə oyatmayan məsələlərdən biri də eks prezident Koçaryanın seçkilərdə iştirakı məsələsidir. Paşinyandan bir gün əvvəl Moskvada olan və Putinlə telefon danışı gerçəkləşdirən Koçaryana gələcək seçkilərdə hansı rolun ayrıldığı hələ də qaranlıq qalır".

Politoloqun sözlərinə görə, Paşinyanın görüş haqqında detalları vermədən bu cür yüksək pafosla danışması onun Putin tərəfindən mərhəmətə layiq görüldüyündən xəbər verir:

"Moskvadakı mənbələrdən verilən məlumata görə, Putin-Paşinyan görüşündən əldə olunan ən böyük nəticə elə deyəsən COVİD-19 pandemiyası ilə birgə mübarizə aparmaq haqqında razılaşma olub. Belə ki, “Sputnik V” peyvəndinin  ilk partiyasının artıq aprel ayının 8-də Ermənistana gətirilib. Paşinyan ölkəyə 1 milyon doza peyvənd lazım olduğunu bildirib. Putin bu məsələdə yardım etməyi öhdəsinnə götürüb. Amma Rusiya peyvəndlə tam təmin olunduqdan sonra".

0