AY Partiya ilə Vətəndaş Hüquqları İnstitutu arasında görüş keçirildi - FOTO

SİYASƏT
20:23 / 22.04.2021
1013

AY Partiya Başqanı Anar Əsədli bu gün Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə görüşüb.

HİT.Az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, Vətəndaş Hüquqları İnstitutu tərəfindən hüquq müdafiəçisi Samir Kazımlı, hüquqşünas Ülkər Həmidli iştirak ediblər.

Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə dair planları haqqında məlumat verib. Azərbaycan siyasətinin gündəliyində olan məsələlərə fikir bildirən AY Partiya Başqanı bildirib ki, yerli özünüidarəetmə sahəsində köklü şəkildə islahat aparılmalıdır.
Partiyalar ilə QHT-lər arasında dialoqa önəm verməklə yanaşı, cəmiyyətin müxtəlif  qüvvələri arasında da dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli seçkilər sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla görüşlərin keçirilməsinin bundan sonra daimi iş planının bir parçası olacağını vurğulayıb.

İnstitut rəhbəri qeyd edib ki, seçkilərin şəffaf və demokratik keçirilməsinə əhəmiyyət verən hər bir siyasi partiya ilə əlaqələrə müsbət baxırlar. AY Partiyanın yeni yaranan təşkilat olduğunu deyən Bəşir Süleymanlı yerli özünüidarəetmə orqanlarının siyasi həyatımızdakı əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bütün siyasi qüvvələr bələdiyyə seçkilərinə ciddi yanaşmalı və siyasi iradələrini cəmiyyətin bu məsələyə diqqət ayırmasına yönəltməlidir.

0