Qonşu qadın Pənah Hüseynə hücum etdi – Gecə saat 11-də

SİYASƏT
09:30 / 25.05.2020
2519

Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına iş gəlib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda journalist Əvəz Zeynallı məlumat yayıb. O, bildirib ki, P. Hüseyn təxribatla üzləşib. Belə ki, o ofis kimi istifadə etdiyi AXP qərargahında bir qonşu qadının təxribatı ilə üz-üzə qalıb: “Axşamçağı ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı özünü "qonşu" kimi təqdim edən bir qadının - belə demək mümkündürsə hücumuna məruz qalıblar.

Xeyli sual verən "qonşu" az keçməyib ki, Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir?

9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib. Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq səhər (bu gün) Pənah Hüseyni 5-ci bölməyə dəvət edib. O ayrı məsələdir ki, Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib.

Maraqlıdır, ölkədə doğrudan da nələr baş verir? Həm Pənah Hüseyn, həm də Tural Abbaslı prezident İlham Əliyevin də dəstəklədiyi dialoq mühitinin içində yer alırlar. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar. İndi ortaya çıxan bu "qonşu" qadın isə görünür ki, kimlərsə tərəfindən öyrədilib? Sual yaranır - kimlər?!”.

Məsələ ilə bağlı P. Hüseyn də açıqlama yayıb. O, bildirib ki, başqa şəraitdə olsaydı buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. “Ancaq arada burdan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, iki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi...

Gecə saat 11 civarında iki nəfərlə səs-səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli icki içmirəm, üstəlik Ramazandır bu gün də Ramazan Bayramıdır.

Qadın Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir və keçir “siyasətə”...

Elə ifadələr işlədir ki, təhrik edir sən də cavab verəsən. İstər-istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı və mənim 102- yə müraciətimin də səbəbi bu olub.

Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək işimizə davam edirik deyirəm. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. “İnsident”i isə aydınlaşdırarıq”.

0