Rüstəm Muradov Qarabağdan geri çağırıla bilər

SİYASƏT
10:59 / 05.05.2021
2073

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

Ermənistanın “Joğovurd” qəzetinin xəbərinə görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

“Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”-deyə qəzet yazır.

Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.

0
Modern.az