Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edib.
HİT.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Səfər çərçivəsində Hikmət Hacıyevin NATO baş katibinin müavini Mirça Geoana ilə görüşü baş tutub.
Bildirilib ki, görüşdə Azərbaycan – NATO əməkdaşlığı müzakirə olunub.