Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? - Lavrovdan reaksiya 

SİYASƏT
14:22 / 18.06.2021
2796

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair hər hansı müzakirələr aparılmadığını deyib. Rusiya KİV-ləri xəbər verir ki, Lavrov bu haqda belaruslu həmkarı Vladimir Makeylə keçirdiyi brifinq zamanı jurnalistlərdən birinin sualına cavab olaraq danışıb.

“Biz bu məsələni müzakirə etməmişik və ümumiyyətlə, şayiələri şərh etmirik”,-Lavrov deyib.

Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinin mümkünlüyü haqda prezident Rəcəb Tayyib Ərdoğan Bakıdan dönərkən təyyarədə türkiyəli jurnalistlərlə söhbətində danışmışdı. Jurnalistlərdən biri Şuşa Bəyannaməsi barədə soruşaraq xatırlatmışdı ki, Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair gözləntilər var.

Ərdoğan isə bildirmişdi ki, Şuşa bəyannaməsi bunu istisna etmir. “Bu variant (bazanın yerləşdirilməsi) Şuşa bəyannaməsinin çərçivələri kənarına çıxmır. Məsələnin bu cür inkişafı mümkündür. Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı sonrakı məsləhətləşmələrdə də öz inkişafını tapa bilər”,-Türkiyə Prezidenti bildirib.

 Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında o cümlədən hərbi müttəfiqliyi möhkəmləndirən sənəddir və orada nəzərdə tutulur ki, tərəflərdən biri üçüncü ölkənin hücumuna məruz qalsa digərinə hərbi dəstək verəcək.

2
Virtualaz.org